Azərbaycan Turizm Bürosu Qlobal Turizm Plastik Təşəbbüsünə qoşulub. Bu barədə 24 dekabr tarixində Dövlət Turizm Agentliyinin saytında məlumat verilib.
Layihəyə qoşulmaqda əsas məqsəd hökumət təşkilatlarını, sahibkarlar və turizm sənayesinin nümayəndələrini təkrar istifadə edilən plastik məmulatlar istehsalına keçid etməyə təşviq etməkdir.
Bu mövzuda ölkəmizin məqsədi respublikada çalışan turizm subyektləri arasında gərəksiz plastik bağlamalar və ya əşyalardan uzaqlaşmaq, birdəfəlik plastik məmulatlara ehtiyacı azaltmaq üçün təkrar emala həvəsləndirməkdir.
Qeyd edək ki, Qlobal Turizm Plastik Təşəbbüsünə 2020-ci ilin yanvarında start verilib.