Azərbaycan və Belarus dövlət başçıları noyabrın 27-də ölkələrarası münasibətlərin inkişafını müzakirə edib. Bu barədə Sputnik Azərbaycan xəbər verib.
İlham Əliyev Lukaşenkoya Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün nəticələri barədə məlumat verib. Həmçinin onlar Azərbaycan ilə KTMT arasında münasibətlər barədə fikir mübadiləsi aparıblar.