Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri dekabrın 24-də Moskvada görüşüb. Bu barədə Trend TASS-a istinadən xəbər yayıb.
Bu, Qarabağda hərbi münaqişə başa çatdıqdan sonra ictimaiyyət nümayəndələrinin ilk görüşü olub. Görüş Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə keçirilib.
Məlumata görə, iki xalq arasında gərginliyin azaldılması üzrə tədbirlər müzakirə edilib. Həmçinin, onlar 2022-ci ilin əvvəlində belə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.