Azərbaycanın XİN başçısı İranla gərginliyin başa çatdığını bildirib. Bu barədə 27 dekabrda Report xarici işlər naziri Ceyhun Bayramova istinadən məlumat verib.
Nazir bildirib ki, bir neçə ay bundan öncə İranla Azərbaycan arasındakı münasibətlərdə gərginlik yaşanıb. Lakin görüş zamanı bu anlaşılmazlığın aradan qaldırılması, münasibətin inkişafı olub.
Həmçinin nazir qeyd edib ki, münasibətlərin yaxşılaşdırılmasında Prezident İlham Əliyevin İran prezidenti ilə görüşün boyuk rolu olub.