2021-ci ilin 11 ayı ərzində karantin fitosanitar nəzarəti zamanı Azərbaycan və İrandan ixrac olunan karantin zərərli obyektlərə yoluxan 154 partiya bitkiçilik məhsulları Rusiyaya buraxılmayıb. Bu barədə 15 dekabr tarixində Apa Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə istinadən məlumat verib.