Azərbaycan Rusiyanın Həştərxan vilayəti ilə gəmiqayırma sahəsində birgə layihələr həyata keçirəcək. Bu barədə 27 dekabr tarixində vilayət hökumətinin mətbuat xidmətinə istinadən Report məlumat verib.
Layihə haqqında ölkəmizin nümayəndə heyətinin sözügedən vilayətin qubernatoru İqor Babuşkinlə Həştərxanda keçirdiyi işgüzar görüşdə məlum olub.
“Turizm baxımından Böyük Pyotr kruiz laynerinə böyük ümidlər bəsləyirik. Ümid edirik ki, yaya qədər gəmi tam olaraq reydə çıxa biləcək. Xəzəryanı ölkələrdən olan həmkarlar Xəzər dənizi üzərindən kruiz xətlərinin təşkilinə böyük maraq göstərirlər”, - deyə vilayətin qubernatoru bildirib.