Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Bu barədə dekabrın 25-də Türkiyə Xarici İşlər Nazirliyinə istinadən Apa məlumat yayıb.
Bildirilib ki, tərəflər Azərbaycan-Türkiyə əlaqələrini və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.