“Azərxalça” ASC məhsulları Moskvada təşkil olunmuş Azərbaycan gecəsində nümayiş olunub. Bu barədə 15 dekabr tarixində Report məlumat verib.
Rusiyanın 50 tanınmış dizaynerinin iştirak etdiyi tədbirdə 56 xalça təqdim edilib. Təqdim olunan Azərbaycan xalçalarının çoxu əl işi olan Qarabağ xalçalarıdır. Tədbirdə Azərbaycan xalçalarının toxunma prosesini izah edən master-klass da keçirilib.
Tədbirin əsas məqsədi Azərbaycan xalçalarını nüfuzlu dizaynerlərin diqqətinə çatdırmaq, onlarla əməkdaşlıq üçün zəmin yaratmaqdır.
“Azərxalça” ASC 2016-cı ildə yaradılıb. Cəmiyyət xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.