Azərbaycanda boks üzrə Dünya Çempionatı və ya Dünya Kuboku keçirilə bilər. Bu haqda dekabrın 23-də Beynəlxalq Boks Federasiyasının prezidenti Umar Kremlyov məlumat verib.
“Hazırda yarımpeşəkarlar üçün WSB-ni canlandırırıq. “Çempionlar gecəsi” liqası və “Qızıl əlcək” yarışı da olacaq. Müzakirələrdən sonra nədən başlayacağımıza qərar verəcəyik", - deyə U. Kremlyov əlavə edib.
Bugün, dekabrın 23-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda səfərdə olan Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidentini qəbul edib.