2025-ci ilin sonuna kimi Azərbaycanda ÜDM-in həcmi 101,2 milyard manat təşkil edəcək. Bu barədə 26 noyabr tarixində Beynəlxalq Valyuta Fonduna istinadən İqtisadiyyat Nazirliyinin Telegram səhifəsində məlumat verilib.
Məlumata əsasən, cari ilin sonunda ÜDM-in həcmi 89,5 milyard manat təşkil edəcək.
Qeyd edək ki, 2020-ci ilin yekunlarına görə, ölkədə ÜDM-in həcmi 72,4 milyard manat təşkil edib.