Azərbaycanda yaşayış binalarında otaqların və mətbəxin hündürlüyü 2,7 metrdən az olmamalıdır. Bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Sənədə əsasən, mansarda mərtəbələrinin yüksək hissəsində hündürlüyü (döşəmədən tavanadək) 2,7 metrdən az olmamalıdır.
Mənzildaxili dəhlizlərin, holların, antresolların (və onların alt hissələrinin) hündürlükləri insanların hərəkətinin təhlükəsizliyini təmin etmək şərtilə 2,1 metrdən az olmamalıdır.
Həmçinin mənzillərdə yataq otaqlarından digər otaqlara keçid olmamalıdır.