Azərbaycanda 2022-ci ilin yanvarın 1-dən əmək pensiyasının minimum məbləği 240 manat təşkil edəcək. “Əmək pensiyaları haqqında” qanuna edilən bu dəyişiklik Milli Məclisin 24 dekabr tarixində keçirilən iclasında qəbul edilib.
Hazırda ölkə üzrə əmək pensiyasının minimum məbləği 200 manatdır.