Azərbaycanda ödəniş kartları ilə bağlı yeni fırıldaqçılıq halları müşahidə olunur. Bu barədə 6 avqust tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) bank müştərilərinə müraciət edərək bildirib.
Tətbiq edilən fırıldaqçılıq halları ödəniş kartının məlumatlarının və pul vəsaitlərinin aldadılaraq ələ keçirilməsi ilə müşayiət olunur. Bu kimi hallarda ABA istifadəçidən kart məlumatlarını təqdim etməməyə və dərhal bankın qaynar xətti ilə əlaqə saxlmağa cağırır.
Müraciətdə bildirilib ki, ödəniş kartına pul vəsaitinin köçürülməsi üçün kartın üzərində olan 16 rəqəmli nömrə kifayətdir. Kartın PİN kodunu, son bitmə tarixini, kartın arxasında yerləşən CVV kodu, SMS ilə əldə olunan birdəfəlik şifrəni digər şəxslərə bildirməmək tövsiyə edilir. Qeyd olunan məlumatların kənar şəxslərə təqdim edilməsi kart hesabından vəsaitin silinməsinə səbəb ola bilər.
Həmçinin müraciətdə bildirilib ki, heç bir halda banklar tərəfindən zəng ilə istifadəçilərdən kart məlumatları istənilmir.