Cari ildə Azərbaycanda 61,5 min unsiya qızıl və 135 min unsiya gümüş hasil edilib. Bu barədə 22 dekabr tarixində "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimova istinadən Trend məlumat verib.
Məlumata əsasən, ötən ilə nisbətən qızılın hasilatı 2%, gümüşün hasilatı isə 11% artıb.