Son iki ildə Azərbaycanda qeydə alınan intihar və özünü öldürməyə cəhd hadisələri üzrə statistika açıqlanıb. Bu məlumat dekabrın 25-də “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.
Sənədə əsasən son iki ildə ölkədə 1 182 intihar və 1 830 intihara cəhd hadisəsi baş verib.
Belə ki, özünü öldürən şəxslərin sayı 2019-cu ildə 585, keçən il bu rəqəm 597 olub.
İntihar hadisəsi kişilər arasında qadınlara nisbətən daha çox baş verib.