2021-ci ilin 10 ayı ərzində 6 tona yaxın narkotik dövriyyədən çıxarılıb. Bu həcmdə olan narkotiklərin dəyəri 162 milyon AZN (95 milyon ABŞ dolları) kimi qiymətləndirilir. Bu barədə Narkomanlığa qarşı mübarizə üzrə Dövlət Komissiyasından noyabrın 26-da məlumat verilib.
Müvafiq dövr ərzində narkotiklə bağlı 7 484 cinayət faktı aşkarlanıb. 5 021 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Cəlb olunanlardan 51-i xarici ölkə vətəndaşıdır. Onların 21-nin İran, 11-nin Gürcüstan, 10-un Rusiya və digər ölkə vətəndaşı olduğu müəyyən edilib.
Eyni zamanda narkotiklərin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi ilə bağlı 286 fakt aşkar olunub.
Cari ilin yanvar ayından oktyabr ayınadək 173 tondan artıq yabanı halda bitmiş narkotik bitkilər məhv edilib.