Azərbaycanda 2003-2021-ci illər ərzində ümumi 19 200 km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib.
Bu dövrdə 460 yeni körpü, yol ötürücüsü və avtomobil tuneli tikilib, 95-i isə təmir edilib.
Məlumata görə, 2003-2021-cı illər ərzində Bakı şəhərində 83 yol ötürücüsü və tunel tikilib, 4-ü təmir edilib. Bununla yanaşı, paytaxtda 99 yeraltı və yerüstü piyada keçidi tikilib, 11-i isə təmir edilib. 2010,5 kilometr uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib.
Qeyd olunur ki, I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2003-cü ildə 115 kilometr təşkil edirdisə, artaraq 1 yanvar 2021-ci il tarixinə 935,5 kilometr olub.