Azərbaycanda virtual SİM-kartlar tətbiq olunacaq. Bu haqda dekabrın 24-də "Azercell"in korporativ əlaqələr şöbəsinin rəhbəri məlumat verib.
Virtual SİM-kart ənənəvi SİM-kartı əvəz edən smartfondakı xüsusi bir çipdir. Belə bir kartdan istifadə etmək üçün operatorun profili, yəni tarif parametrləri yüklənilməlidir.