Dekabrın 30-u saat 08:45-də “Qarabağ” gəmisinin 3-cü mexaniki Zahir Məstiyev özünü gəmidən atıb. Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC məlumat verib.
“Qarabağ” gəmisi dekabrın 28-i saat 19:20-də göyərtəsində 33 vaqon olmaqla Ələt limanından Qazaxıstanın Kurık limanına doğru yola düşüb. Növbəti gün isə gəmi hava şəraiti ilə bağlı Kurık limanına yan alması üçün reyddə lövbərdə dayanıb.
Gəmi heyəti tərəfindən suya xilasedici dairə atılıb və qayıq suya salınıb. Lakin 40 yaşlı dənizçi köməyi qəbul etməyib.
Digər gəmiçilərin sözlərinə əsasən, Zahir Məstiyev ailəsində problemlər olduğuna görə əvəz edilməsi üçün müraciət edib. Gəminin Bakıya dönüşü zamanı onun əvəz olunması planlaşdırılırdı.
Hazırda Zahir Məstiyevin axtarış işləri davam edir.