Azərbaycan və Qətər arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır. Müvafiq sazişin təsdiq edilməsi dekabrın 22-də Milli Məclisin toplantısında müzakirə edilib və plenar iclasa tövsiyə olunub.
Bundan əvvəl, oktyabrın 11-də Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilmişdir.
Azərbaycan vətəndaşları bir sıra ölkələrə vizasız gedib-gəlmək hüququna malikdir. Ölkələrin siyahısı ilə link vasitəsilə tanış olmaq olar.