Laçın rayonunda “Azərişıq” ASC-nin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb. Bu haqda noyabrın 22-də Laçın Rayon Prokurorluğundan məlumat verilib.
Hadisə rayonun Güləbird kəndi ərazisində baş verib. Partlayış nəticəsində Biləsuvar rayon sakini Mahir Əbilovun sağ ayağı topuq nahiyəsindən aşağı travmatik amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
2020-ci il noyabrın 10-dan bu ilin noyabrın 22-dək minaya düşmə nəticəsində əsasən mülki şəxslər olmaqla 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb.