İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən, “Azərişıq” ASC tərəfindən “İşıqlı Qarabağ” sənədli filmi hazırlanıb. Bu haqda dekabrın 25-də “Azərişıq” məlumat verib.
Filmdə Cəbrayıl rayonu və Hadrut qəsəbəsinə müharibə zamanı qarlı və şaxtalı günlərdə hərbi hissələrə elektrik xətlərinin çəkilməsi və görülən işlərlə bağlı real kadrlar təqdim edilib.