1 dekabr 2021-ci il tarixindən etibarən “Azərpoçt” MMC-nin poçt filialı və şöbələrində cari hesabın açılması pulsuz olacaq. Bu barədə qurumun rəsmi səhifəsində məlumat verilib.
Dəyişikliyə əsasən, ölkədaxili pul köçürmələrinin faiz dərəcəsi 1%-ə endirilib. Bununla yanaşı qeyri-nağd əməliyyatlar üzrə mübadilə rüsumu ləğv olunub.
1500-ə yaxın poçt şöbəsi olan “Azərpoçt” MMC Azərbaycan Respublikasının yeganə milli poçt operatoru olaraq həm fərdi şəxslərə, həm də biznes qurumlarına xidmət göstərir.