Ağdama müvafiq icazəsi olmadan keçmək istəyən şəxslər saxlanılıb. Bu barədə mayın 4-də Report-a DİN-dən məlumat verilib.
Belə ki, Ağdam rayon sakinləri Famil Kərimov, Tural Sadaylı və bir yetkinlik yaşına çatmayan şəxs rayonun Hacıməmmədli kəndi ərazisindən işğaldan azad edilmiş yerlərə daxil olmaq istəyiblər.
Hər üç şəxs saxlanılaraq polis şöbəsinə gətirilib. F. Kərimov və T. Sadaylı 20 gün müddətinə inzibati qaydada həbs olunub. Yetkinlik yaşına çatmayan bir nəfərə isə xəbərdarlıq edilərək ailəsinə təhvil verilib.