Azad olunan ərazilərdə iyulun 15-21-də 67 tank əleyhinə mina, 37 piyada əleyhinə mina, 181 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə İnsanoid Azərbaycan Minatəmizləmə Agentliyinə istinadən bu gün, 22 iyul tarixində xəbər verir.
Azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumata əsasən, 1673.7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.