"Azərbaycan Hava Yolları” QSC-də (AZAL) yeni təyinat olub. Bu barədə 14 sentyabr tarixində Report məlumat verib.
Aysel Süleymanova AZAL-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya İdarəsinin rəisi təyin edilib.
O, bundan əvvəl beynəlxalq "PwC Azerbaijan” şirkətində Marketinq, Kommunikasiyalar və Biznesin İnkişafı üzrə rəhbər vəzifədə çalışıb. Həmçinin "AmCham Azerbaijan”ın Marketinq, Kommunikasiya və Biznesin İnkişafı İşçi Qrupunun rəhbəridir.