Azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçən erməni əsilli mülki şəxs qarşı tərəfə qaytarılıb. Bu barədə iyunun 9-da Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzindən Trend-ə bildirilib.
Məlumata görə, 69 yaşlı şəxs iyunun 9-da saat 12:00 radələrində Ermənistana təhvil verilib.
Bundan əvvəl, cari ilin fevral ayında Ermənistanın Kəlbəcər istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan 8 erməni əsilli hərbçi qarşı tərəfə qaytarılmışdı.