Azərbaycana giriş üçün COVID-19-a dair PCR testini təqdim etmək tələbi ləğv olunub. Bu barədə aprelin 14-də Nazirlər Kabineti qərar qəbul edib.
Qərara əsasən, aprelin 15-dən:
- Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;
- Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.
Aprelin 15-dən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran ərazisindən keçməklə avtobusla hərəkət edən sərnişinlərindən də PCR testi tələb olunmur.