Azərbaycan Ordusunun çətin relyefli dağlıq ərazidə baş verən yol qəzasında həlak olan hərbçisi Əliyev Taleh Saleh oğlu Zərdabda dəfn olunub. Bu barədə 14 sentyabr tarixində Report xəbər verib.
Mərhum rayonun Gödəkqobu kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə hərbçinin ailə üzvləri, Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Taleh Əliyev 10 ilə yaxın idi ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmət edirdi. Evli idi, iki qız övladı qalıb.