Azərbaycan və Qırğızıstan Bakıda və Bişkekdə ticarət evləri açmaq niyyətindədir. Bu barədə 20 aprel tarixində Report məlumat verib.
Bu gün Bakıda keçirilən görüşdən sonra iki ölkənin prezidentləri Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalayıb.
Sənəddə sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradılmasının və ikitərəfli işgüzar əlaqələrin qurulmasının vacibliyi qeyd olunub.
Həmçinin "yaşıl iqtisadiyyat"ın inkişafı, o cümlədən bərpa olunan enerji mənbələri, orqanik məhsul istehsalı, ekoloji turizm kimi sahələrdə investisiya layihələrinin icrasına hazırlıq da ifadə olunub.