Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Bu haqda Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Danışıq zamanı Azərbaycan-Ermənistan münasibətləri və Azərbaycanın Qarabağ iqtisadi rayonundakı vəziyyəti müzakirə olunub.
Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.