“Mərakeşdə baş verən zəlzələ nəticəsində insan tələfatı bizi dərindən kədərləndirdi”.
Bunu 9 sentyabr tarixində Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında yazıb.
“Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısının tezliklə şəfa tapmasını diləyirik. Mərakeş hökuməti və xalqını dəstəkləyirik”, - paylaşımda bildirilib.