Azərbaycanda mənzillərin qiymətləri 2022-ci ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% bahalaşıb. Bu barədə 15 aprel tarixində Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumata əsasən, ilkin mənzillər 6,1%, təkrar mənzillər isə 4,7% bahalaşıb.
2022-ci ilin I rübündə mənzillərin qiymətləri 2021-ci ilin IV rübü ilə müqayisədə 1,3% artıb.