Azərbaycanda “Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” adlı yeni layihəyə start verilir. Bu haqda aprelin 20-də Könüllülər İctimai Birliyi məlumat yayıb.
Layihə öz işinə eyni adlı forumla başlayacaq. Məqsəd ölkədə plastik tullantılara qarşı birgə mübarizə aparmaq, ətraf mühitin təmizliyinə fikir verməklə ölkənin turizm potensialını artırmaqdır. Həmçinin bildirilib ki, hökumət və maraqlı tərəflər üçün platforma yaradılacaq.
İştirak etmək istəyən şəxslər link vasitəsilə ərizə formasını dolduraraq elektron şəkildə müraciət edə bilərlər. Müraciət üçün son tarix: 27 aprel 2022-ci il saat 18:00.