top
Azərbaycanda qadınlar alimentə görə BOŞANIR?
05 mart 2025, 03:06
- ↺ +

Azərbaycanda qadınlar alimentə görə BOŞANIR?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisdə Ombudsmanın illik hesabatının müzakirəsi zamanı Azərbaycanda boşanmalar və aliment ödənişləri ilə bağlı məsələlər gündəmə gətirilib. Hesabatda qeyd olunub ki, aliment tələbinə dair məhkəmə qərarlarının icrasında ciddi çətinliklər var. Bu çətinliklərin aradan qaldırılması üçün Ombudsman əvvəlki illik hesabatlarında Aliment Fondunun yaradılmasını təklif edib.

Son dövrlərdə deputatlar və bəzi dövlət qurumları bu təklifi dəstəkləyib, fondun yaradılmasının vacibliyini vurğulayıblar. Bununla belə, bəzi deputatlar fondun təsis edilməsinin saxta boşanmaların artmasına səbəb ola biləcəyini qeyd ediblər.

Müzakirələr zamanı deputat Razi Nurullayev boşanmaların əsas səbəbi kimi qadınların daha sərbəst yaşamaq istəməsini və aliment almağa meyilli olmalarını göstərib. Onun fikri müzakirələrə səbəb olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva Modern.az-a açıqlamasında bildirib ki, son illərdə respublikada nikah və boşanmaların nisbətində ciddi dəyişiklik baş verib və əlbəttə ki, bu məsələ həm aidiyyəti dövlət qurumlarını, eləcə də cəmiyyət üzvlərini narahat edir:

"Araşdırmalar göstərir ki, boşanmaların ümumi və xüsusi səbəbləri vardır. Son illərdə nikahın pozulması iddiası ilə məhkəməyə müraciət edənlərin 70 faizindən çoxu xasiyyətlərinin uyğun olmadığını əsas gətiriblər. Xarakter uyğunsuzluğu səbəbinin altında əlbəttəki müxtəlif, daha dərin, dilə gətirilməyən amillər də durur. Digər səbəblər sırasına xəyanət və qısqanclıq, məişət zorakılığı, uşağın olmaması, sosial vəziyyətin çətinliyi və ya yaşayış yerinin olmaması, zərərli vərdişlərə aludəçilik və kənar şəxslərin müdaxilələri daxildir".

Onun sözlərinə görə, əvvəllər mütəxəssislər boşanmaların daha çox evliliklərin ilk illərində baş verdiyini qeyd edirdilərsə, hazırda qloballaşma, ünsiyyətin genişlənməsi, məlumatın əlçatanlığı və çox olması, hər iki cinsin şəxsi maraqlarını daha çox düşünmələri və şəxsi azadlığa önəm vermələri, ailəyə etinasız münasibətlə yanaşmaları, ən kiçik ailədaxili məsələlərdə dözümsüzlük göstərmələri nəticəsində nikahın pozulması hallarına 10-19 ildən çox birgə nikah münasibətlərində olan şəxslərin arasında da rast gəlinir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda 21 688 boşanma qeydə alınıb. Bunların 9 510-u uşaqsız ailələr (44 faizə yaxın), 4 748-i biruşaqlı, 7 430-u isə iki və daha çox uşaqlı ailələr olub. Ümumilikdə, 21 689 uşağın valideynləri boşanıb. Rəqəmlər göstərir ki, boşanmaların ciddi hissəsi uşaqsız ailələrdə baş verib.

Səmra Əliyeva qeyd edir ki, boşanmalara daha çox qadınların səbəb olması fikri isə həqiqəti əks etdirmir.

"Düzdür, statistik rəqəmlər göstərir ki, son illər ərzində boşanma iddiası ilə daha çox qadınlar müvafiq orqanlara müraciət edirlər. Lakin bu o demək deyil ki, yaranan bütün problemlərin səbəbkarı da məhz qadınlardır. Xüsusilə qadınların aliment almaq məqsədilə ilə boşandığını dilə gətirmək, düşünürük ki, günün reallığını əks etdirmir. Çünki uşaqların xərcləri yalnız aliment ödənişi ilə qarşılanmır. Müasir dövrdə uşaqların maraqlarını, təhsil xərclərini və digər ödənişləri nəzərə alsaq, bir valideyn tərəfindən ödənilən alimentin uşağın yalnız bir qisim xərcini ödədiyini görmüş olarıq. Üstəlik uşağın baxımı yalnız maddi xərclərdən ibarət deyildir. Uşaq himayəsində qaldığı valideyndən daimi olaraq diqqət, qayğı görməli və daim özünü sevilən hiss etməlidir. Bütün bu məqamları nəzərə alsaq, anlaya bilərik ki, bir çox hallarda qadın övladını tək başına, çətinliklə böyütməyə razı olmaz. Necə ki, nikah 2 nəfərin könüllü ittifaqıdır, boşanma prosesinə gətirib çıxaran yolda da bu 2 nəfərin rolu danılmazdır. Birmənalı şəkildə bu prosesdə təkcə qadınları yaxud kişiləri günahlandırmaq olmaz. Bəzən bu prosesə kənar müdaxilə də təkan verir.

Hazırda qarşıya qoyulan əsas məqsədlərdən biri gəncləri ailə həyatına düzgün istiqamətləndirmək, hazırlamaqdır. Cəmiyyətin təməli olan ailələrin qorunması, ailə institutunun möhkəmləndirilməsi, ailədaxili münasibətlərin tənzimlənməsi istiqamətində mütəmadi olaraq sosial-iqtisadi tədbirlər görülür, maarifləndirmə işləri aparılır və icma səviyyəsində görüşlər keçirilir” - S.Əliyeva qeyd edib.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
Dünən, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Cəmiyyət
Dünən, 10:36

Məhkəmədə cəzaların toplanması qaydası dəqiqləşdi: Amnistiya alanlarla bağlı qərar

Cəmiyyət
Dünən, 09:49

Məktəbdəki insidentlə bağlı AÇIQLAMA

Cəmiyyət
Dünən, 09:11

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib - FOTO

Cəmiyyət
Dünən, 09:00

ABŞ-də vəfat edən qadının valideynləri OpenAI-ı məhkəməyə verib

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 33-cü günü: Qətiyyətli zəfərə gedən yol

İdman
28 oktyabr 2026, 16:43

Qadınların 95,3%-i, kişilərin 84%-i idmanla məşğul olmur: Azərbaycanda aparılan araşdırma nəyi göstərdi? - TƏHLİL

Cəmiyyət
28 oktyabr 2026, 15:00

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb

Cəmiyyət
28 oktyabr 2026, 14:54

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb

Cəmiyyət
28 oktyabr 2026, 14:35

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib

Cəmiyyət
28 oktyabr 2026, 13:51

Məmurlar bu hallarda vəzifədən getməli olacaqlar

Cəmiyyət
28 oktyabr 2026, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
28 oktyabr 2026, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Oxşar xəbərlər