Azərbaycanda da distant tədris formasının olması istiqamətində işlər görülür. Bu haqda mayın 4-də Report məlumat yayıb.
“Distant təhsil tədrisin yalnız formasıdır, orada verilən bilik və bacarığın diplomla tanınması üçün həmin proqram mütləq qaydada keyfiyyət təminatı sistemindən keçməlidir”, - deyə Təhsil Naziri Emin Əmrullayev bildirib.