Azərbaycandan Ukraynaya dərman vasitələri, ərzaq və qida məhsullarından ibarət növbəti humanitar yardım yola salınıb. Bu barədə aprelin 21-də Report xəbər verib.
Humanitar yardıma 3,37 milyon manat dəyərində dərmanlar və tibbi sərfiyyat malları, həmçinin 1 milyon manat məbləğində ərzaq məhsulları daxildir.
Azərbaycan tərəfindən daha öncə də fevralın 27-si, martın 12-si Ukraynaya və aprelin 15-i ukraynalı qaçqınlar üçün Moldovaya ümumilikdə 23,2 milyon manatdan çox 550 tona yaxın humanitar yardım göndərilib.
Azərbaycanın Ukraynadakı böhranla bağlı göstərdiyi humanitar yardımın ümumi məbləği 27,6 milyon manat, çəkisi isə 720 ton təşkil edir.