Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda Azərbaycan millisinin final oyunu baş tutub. Bu barədə 29 iyul tarixində Report məlumat verib.
Yığmamız həlledici matçda Lüksemburq seçməsi ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində davam edən oyun təmsilçilərimizin 77:71 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycanın U-18 millisi son olaraq, 2016-cı ildə Avropa çempionatı C divizionunun qalibi olmuşdu.