17 yaşadək (U-17) futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində növbəti oyununu keçirib. Bu barədə Report 12 sentyabr tarixində xəbər verib.
Millimiz Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını başa vurduqdan sonra keçirdiyi oyun 2:0 hesabı ilə rəqibin xeyrinə nəticələnib.
Bu komandalar arasında sentyabrın 9-da keçirilmiş ilk matçda millimiz qələbə qazanmışdı - 2:1.