ABŞ-də fəaliyyət göstərən azərbaycanlı peşəkar cüdoçu Zaur Cəlil Floridanın Fort-Lauderdeyl şəhərində keçirilən Açıq Cüdo Çempionatında növbəti dəfə qızıl medal qazanıb. Bu barədə 29 iyul tarixində Report məlumat verib.
“Report”un ABŞ bürosu xəbər verir ki, o, 81 kq-da bütün rəqiblərinə qalib gələrək, çempionluq əldə edib.
Z.Cəlil qələbəsini Azərbaycan Bayrağına bürünərək qeyd edib: “Fəxr edirəm ki, azərbaycanlıyam. Qələbəmi övladlarım Cənnət, Cansu və Özcana həsr edirəm”.
Qeyd edək ki, Z.Cəlili 1998-ci ildən ABŞ-də yaşayır. O, daha əvvəllər cüdo üzrə ABŞ çempionatında üç dəfə qızıl medal qazanıb. Z.Cəlil 3 qat Amerika çempionu, 3-cü dan qara kəmər sahibi, bir çox yarışların qalibidir.