Azərbaycanlı qadın hərbçi Lətifə Rüstəmova BMT-nin sülhməramlı missiyasındakı nümunəvi xidmətinə görə dünya təşkilatı tərəfindən təltif olunub. Bu barədə İnsanoid Azərbaycanın BMT yanında daimi nümayəndəliyinə istinadən bildirib.
“Cənubi Sudanda BMT missiyasında göstərdiyi nümunəvi hərbi xidmətə görə həm BMT medalı, həm də tərifnamə ilə təltif edilmiş ilk qadın sülhməramlı mayor Lətifə Rüstəmova ilə biz ikiqat fəxr edirik”, - daimi nümayəndəlik qeyd edib.
[caption id="attachment_130079" align="alignnone" width="696"]
Foto açıq mənbədən[/caption]