“AzerGold” QSC cari ilin sentyabr, oktyabr, noyabr aylarında qızıl sikkə və külçələrin pərakəndə satışından 3.4 milyon manatdan çox vəsait cəlb edib. Bu barədə 13 dekabr tarixində şirkətin rəsmi səhifəsində deyilir.
Məlumata görə, “AzerGold” fəaliyyətə başladığı gündən cari ilin 1 dekabrın tarixinədək ümumilikdə 1029,2 unsiya qızılın satışı həyata keçirib. Ütən ilin sentyabr, oktyabr, noyabr aylarında onlayn sifariş və komissiya müqavilələri əsasında paytaxtda yerləşən müxtəlif satış nöqtələrində 435 min manatlıq qızıl satılıb. Cari ilin eyni dövründə isə 87% çox qızıl satılıb.
“AzerGold” cari ilin sentyabr ayında yerli qızıl xammalından istehsal edilən məhsulların ilk satış və mübadilə mərkəzini istifadəyə verib. Mərkəzdə şirkət tərəfindən istehsal edilən məhsullar qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə ticarət olunur.