Bərdədə elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovlayan iki nəfər saxlanılıb. Bu barədə dekabrın 27-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Saxlanılanlar rayonun Vəliuşağı kəndindən keçən su kanalından balıq ovu ilə məşğul olublar. Onların istifadə etdikləri elektrik cihazı və ovladıqları balıqlar maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.