Bugün, noyabrın 25-də Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında sürət həddi 20 km/saat endirilib. Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat verib.
Məlumata əsasən, buna səbəb paytaxtdakı yağış və küləkli hava olub.
Həmçinin Böyük Şor qovşağından 20 Yanvar dairəsi istiqamətində Ziya Bünyadov prospektində tıxac müşahidə edilir. Sıxlığa səbəb prospektdə yük avtomobillərinin törətdiyi yol-nəqliyyat hadisəsidir.
Tıxaca görə avtobusların da intervalında ləngimələr olub.