Dekabrın 2-də Bakının Binəqədi rayonunda 13 yaşlı qız özünü 14-cü mərtəbədən ataraq intihar edib. O, binanın 1-ci mərtəbəsində yerləşən uşaq bağçasının ərazisinə düşüb. Bu barədə Oxu.az məlumat verib.
Məlumata əsasən, yeniyetmənin psixoloji travması olub. Məktəbli intihardan qabaq ziyafət paltarını geyinib və vərəqdə “Kim istəyir, arxamca gəlsin” sözlərini yazıb.
Daha öncə 7-ci sinif şagirdinin Cavadxan və M. Kazımovski küçələrinin kəsişməsində yerləşən binadan təsadüfən yıxıldığı bildirilmişdir. Sonra isə bunun intihar olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma davam edir.