Bakıda 23 yaşlı qız özünü asaraq intihar edib. Bu haqda 30 dekabr tarixində Oxu.az məlumat paylaşıb.
İnsident paytaxtın Nəsimi rayonu H.B.Əliyev küçəsində qeydə alınıb. Burada kirayədə qalan Qəbələ rayon sakini yaşadığı evdə özünü asıb.
Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Baş Prokurorluğun məlumatına əsasən, 2021-ci ilin birinci yarısında baş vermiş intihar hadisələri nəticəsində 83-ü qadın olmaqla, 322 nəfər həyatını itirib. İntihar hadisələrinin 115-i paytaxtda, digərləri isə respublikanın başqa rayon və şəhərlərində qeydə alınıb.