Paytaxtda təhsil işçilərinin 33 968 nəfəri vaksinasiya olunub. Bu barədə məlumat dekabrın 23-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən veriib. Bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90%-ni təşkil edir.
Onlardan 8 820 nəfəri artıq 3-cü dozanı da vurdurub.
Hazırda Bakı şəhərində yerləşən 2 ümumi təhsil məktəbində (№ 278, № 316) peyvənd məntəqəsi fəaliyyət göstərir.