top
Bakıda aktiv istirahət: həftəsonu harada əylənmək olar?
22 dekabr 2021, 07:09
- ↺ +

Bakıda aktiv istirahət: həftəsonu harada əylənmək olar?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda aktiv istirahətin at belində gəzintilər, kartinq, batut, atıcılıq və digər geniş yayılmış növləri var. İnsanoid bu haqda araşdırma aparıb.

Şəhərimizin ən iri kartinq ərazisi olan Baku City Karting Su İdmanı Sarayının ərazisində yerləşir. 7 yaşından yuxarı hər kəs burada kartinqlə məşğul ola bilər. 10 dəqiqəlik yarışın qiyməti həftəiçi 25 manat, həftəsonu isə 30 manat təşkil edir.

Kvest oyunlarından paytaxtda bir neçə dənədir. Phantom H.B.Zərdabi, 74 ünvanında (“Tri Korona” Kompleksi sırasında Azpetrolun yanındakı binada) yerləşir. Burada qiymətlər kvest oyunların növündən asılı olaraq 40-90 manat arasında dəyişir. Bir komandada minimal iştirakçıların sayı 2, maksimum isə 8 nəfərdir. Portal Games-in 10 filialında 21 oyun mövcuddur. Burada qiymətlər bir nəfər üçün 18 manatdır. Bir saat davam edən kvestdə oyunçuların sayı 2-8 nəfərdir.

Batut Arena Zabitlər Bağında yerləşir. Həftənin hər günü saat 09:00-dan 23:00-dək xidmət göstərir. Məkanın qapıları 2 yaşdan yuxarı olan hər kəs üçün açıqdır. Əyləncənin 30 dəqiqəsi 10 manatdır. Dəniz Mall-da yerləşən Sky Park batut arenası həftəiçi 11:00-dan 22:00-dək, həftəsonu isə 10:00-dan 22:00-dək çalışır. 5 yaşdan yuxarı hər kəs burada əylənə bilər. 1 saatın qiyməti 30 manat təşkil edir. Hal-hazırda “Yeni İl” bayramı ilə əlaqədar burada aksiya keçirilir: həftəiçi 1 saat 20 manatdır. Qrup şəklində gələnlər üçün isə 5 manat endirim edilir.

Ömər Atçılıq Mərkəzinə (Mehdiabad qəsəbəsi) giriş həftənin hər günü 5 manat təşkil edir (3 yaşına kimi uşaqlara pulsuzdur). Bu qiymətə parklanma, gəzinti, uşaq meydançası, balıq ovu daxildir. 2 dairə at ilə gəzinti həftəiçi 3 manat, həftəsonu isə 10 manatdır. Günlük at çapma dərslərinin qiyməti 50 manat təşkil edir.

“Ulduz” metro stansiyasının yanında yerləşən Paintball Klubunda komanda yarışlarında minimum 6, maksimum 25 nəfər iştirak edə bilər. 100 gülləni 10 manata almaq olar. Həftəiçi oyunlarda iştirak etmək üçün 1 gün əvvəl, həftəsonu isə 2 gün əvvəl məkana zəng edib rezerv etmək lazımdır.

Dəniz, 28 və Gənclik mollarda yerləşən OnTop Bowling-də 1 nəfər üçün oyunun qiyməti 10 manatdır. 1 saatlıq oyunun qiyməti isə 44 manatdır və iştirakçıların sayı 5 nəfərdən çox olmamalıdır. Park Bulvardakı Bowling-də də 1 nəfər üçün oyunun qiyməti 10 manat təşkil edir.

Avropada ən böyük atıcılıq komplekslərindən biri olan Bakı Atıcılıq Mərkəzi paytaxtın Biləcəri qəsəbəsində yerləşir. Burada 25 atışın qiyməti 30 manatdır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 16:54

Ermənistanda saxlanılan azərbaycanlı hərbi qulluqçunun atası oğlu ilə əlaqə yaradılmasını istəyir

Siyasət
Bu gün, 16:29

"Dünyada heç bir ölkə təkbaşına inkişaf edə bilməz" - İsrail Prezidenti

Siyasət
Bu gün, 16:23

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Bu gün, 16:05

Lənkəranda toyuq kəsimi sexinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Bu gün, 15:48

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Cəmiyyət
Bu gün, 15:16

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri 8 il müddətə azadlıqdan məhrum edilib

Siyasət
Bu gün, 14:33

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib - YENİLƏNİB/FOTO

Siyasət
Bu gün, 14:19

Prezident: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"

Cəmiyyət
Bu gün, 12:49

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

Cəmiyyət
Bu gün, 12:32

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Cəmiyyət
Bu gün, 12:11

Azərbaycanda "Rəqəmsal rabitə" informasiya sistemi yaradılır

Cəmiyyət
Bu gün, 11:58

Aygün Kazımova məktəblərdə hicab müzakirələrinə qoşuldu: "Qarşıdurma yaratmaq yolverilməzdir"

Cəmiyyət
Bu gün, 10:31

Aktrisa Demet Özdemir sel səbəbindən studiyada köməksiz vəziyyətdə qaldı - VİDEO

Cəmiyyət
Bu gün, 09:53

Reper Navai Qazaxıstanda yeni cəza ilə üz-üzədir

Cəmiyyət
Bu gün, 09:26

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Bütün Xəbərlər
Bu gün, 00:05

Bu gün İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Bütün Xəbərlər
Dünən, 16:35

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Bütün Xəbərlər
Dünən, 16:25

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Bütün Xəbərlər
Dünən, 16:13

Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarıla bilər

Bütün Xəbərlər
Dünən, 15:53

Sərxoş sürücü ailə faciəsinin səbəbkarı oldu

Bütün Xəbərlər
Dünən, 15:40

Kartdan-karta pul köçürmələri ödənişli olacaq?

Bütün Xəbərlər
Dünən, 14:48

İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub

Bütün Xəbərlər
Dünən, 14:02

Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırıb

Oxşar xəbərlər