Cari ilin noyabr ayının 15-dən dekabrın 2-dək Sabunçu rayonunun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 27 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılan şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkar edilib.