Bakıda qadından külli miqdarda narkotik vasitə götürülüb. Reportun dekabrın 10-da əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Saxlanılan Sevinc Nuriyevanın evinə baxış keçirilən zaman oradan heroin və metamfetamin aşkar edilərək götürülüb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə S. Nuriyeva barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.